Tərcümə variantlarının tapılması və qərarların qəbul edilməsi prosesi

sinxron tərcümədə hər biri 2-5 saniyə olan qısa müddətli «kvantlarla» həyata keçirilən və parallel aparılan proses. Bu proses tərcüməçinin şüurunda növbəti fraqmentlərin deyim məzmunun qurulması, tərcümə dilində deyimin sintaktik strukturunun müəyyənləşdirilməsi və onun digər mümkün variantları və tərcümə üçün yararlı leksik vahidlərin seçilməsində özünü göstərir. Tərcümə prosesində, yaxud tərcümə həllinin seçimində həll fazalarındakı qatlardan hər biri aparıcı rol oynaya bilər. Sinxron tərcümə123 də bu proses müəyyən dərəcədə qərarların hazır stereotip bloklarından istifadəyə əsaslanır.
Tərcümə variantları
Tərcümə və tərcümə olunmama problemi
OBASTAN VİKİ
Dövrün tapılması
İnformatikada dövrün tapılması iterativ funksiyalar ardıcıllığında dövrün tapılması üçün alqoritmik problemdir (alqoritmdir). Sonlu S {\displaystyle S} çoxluğunun özünə uyğun gələn, hər hansı bir f {\displaystyle f} funksiyası üçün, və eyni zamanda S {\displaystyle S} çoxluğundan olan x 0 {\displaystyle x_{0}} başlanğıc nöqtəsi üçün iterativ funksiyalar ardıcıllığı aşağıdakı kimidir: x 0 , x 1 = f ( x 0 ) , x 2 = f ( x 1 ) , … , x i = f ( x i − 1 ) , … {\displaystyle x_{0},\ x_{1}=f(x_{0}),\ x_{2}=f(x_{1}),\ \dots ,\ x_{i}=f(x_{i-1}),\ \dots } Nəticə etibarilə burada funksiyanın eyni qiyməti aldığı cütlük olmalıdır, yəni elə bir i {\displaystyle i} və j {\displaystyle j} cütlüyü olmalıdır ki, x i = x j {\displaystyle x_{i}=x_{j}} şərti ödənmiş olsun. Bu baş verən andan ardıcıllıq dövri olaraq x i {\displaystyle x_{i}} və x j − 1 {\displaystyle x_{j-1}} aralığında eyni ardıcıllığı təkrarlayacaqdır. Dövrün tapılması məsələsi f {\displaystyle f} və x 0 {\displaystyle x_{0}} -a görə i {\displaystyle i} və j {\displaystyle j} qiymətlərinin tapılmasıdır. Bu məsələnin həlli üçün müxtəlif alqoritmlər mövcuddur. Məsələn, Floydun "bağa və dovşan alqoritmi" iki göstəricinin müxtəlif sürətlərlə hərəkət etdirilməsi və onlarn hansısa bir nöqtədə rastlaşmasına əsaslanır. Brentin alqoritmi isə eksponensial axtarış üsuluna əsaslanıb. Hər iki alqoritm iki göstəricidən istifadə edir. Yaddaşı daha çox istismar etməklə hesablamaları bir qədər azaldan digər müxtəlif alqoritmlər də mövcuddur. Dövrün tapılması alqoritminin tətbiqi müxtəlifdir, nümunə olaraq psevdo-təsadüfi ədədlər generatoru, kriptoqrafik həş funksiyalar, ədədi üsullar üçün alqoritmlər, kompüter proqramlarında və konfiqurasiyalarında sonsuz dövrlərin tapılması və s.
Qəbul
Qəbul – 1)verilən, təslim edilən, göndərilən, təklif edilən şeyi alma. Məsələn, ərizələrin qəbulu başlanır, teleqramların qəbulu, malların qəbulu haqqında akt; 2)götürmə; öz sıralarına alma, daxil etmə; Məsələn, İnstituta qəbul; 3)söhbət etmək, danışmaq, dinləmək, yoxlamaq, müayinə etmək və s. üçün birini öz yanına buraxma. Məsələn, müdirin qəbul saatları, qəbul otağı (gələnlər üçün xüsusi otaq). == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Tərcümə
Tərcümə — fikrin bir dildən digər dilə eyni məzmunda verilməsi. İlk dövrlərdə tərcümə ancaq insanlar tərəfindən edilirdi. Sonradan tərcümə maşın (ing. MT — Machine Translation) və kompüterdən istifadə edilməklə (ing. CAT — computer aided translation) edilməyə başlandı. Bu zaman onun keyfiyyəti insan tərcüməsindən çox geri qalır. Tərcümədə məqsəd ilkin materialla maksimum oxşarlıq təşkil etməkdir. Ancaq dillərin xüsusiyyəti, mədəniyyət fərqi və elmi terminlərin yayılması dərəcəsi tam tərcüməyə imkan vermir. Tərcümələr "şifahi" və "yazılı" tərcümələrə bölünür. Poetik tərcümə, yəni bir dildə yazılmış şeirin digər dildə bənzərini yaratmaq tərcümənin ən çətin növlərindən hesab olunur.
Yaponiyada latın qrafikalı əlifbanın qəbul edilməsi təklifi
Romaciron (ローマ字論) – yapon dilinin ənənəvi yazı sisteminin (kanci və kana) latın qrafikasına əsaslanan yazı sistemi (romaci) ilə əvəz olunması təklifi. Yapon dilinin romanizasiya üçün Hepbörn, Nihon-şiki və Kunrey-şiki sistemləri təklif olunmuşdur. Meyci dövründən etibarən Yaponiyada latın qrafikalı əlifbanın qəbul edilməsi üçün bir çox cəhd və təklif başa tutsa da, romaci bir çox səbəbə görə heç vaxt Yaponiyada əsas yazı sistemi kimi qəbul olunmamışdır: kanci və kananın yapon mədəniyyətinin bir hissəsi kimi qəbul olunması; əhalinin ənənəvi yazı sisteminə uzun müddətdir ki, öyrəşməsi; romanizasiya üçün istifadə olunacaq sistemin seçilməsi barədə konsensusun əldə olunmaması əsas səbəblərdir. İkinci Dünya müharibəsindən sonra Yaponiyanı işğal altında saxlamış ABŞ rejimi yapon yazı sistemində romacini qəbul etdirmək üçün cəhdlər göstərsə də, uğursuz olmuşdur. == Edo dövrü == Yapon dilinin yazı islahatına ehtiyac olduğunu düşünən ilk şəxslər XVII əsrdə yoqakuşalar (Qərb ölkələrini öyrənən alimlər) olmuşdurlar. Aray Hakuseki 1715-ci ildə yazdığı "Seyyo kibun" adlı əsərində 1708-ci ildə Yakuşima adasına ayaq basmış italyan keşiş Covanni Battista Sidotti ilə söhbətlərini təsvir etmiş və əlifba sisteminin rahatlığı haqqında fikirlər yazmışdır. Buna baxmayaraq, o, Yaponiyanın xarici yazı sistemini qəbul etməli olduğunu deməmişdir. XVII əsrdə bir çox ranqaku alimi (Hollandiya vasitəsilə xarici ölkələri öyrənən alimlər) holland dilini öyrənmiş və əlifba sisteminin rahat olduğunu bildirmişdir. Hətta belə alimlərdən biri olan Honda Toşiaki 1798-ci ildə yazdığı "Seyiki monoqatari" əsərində Qərb yazısının istifadə olunmasını təklif etmiş, bu yazının kanadan daha rahat olduğunu və Qərb ölkələri ilə əlaqə saxlamağı asanlaşdıracağını demişdir. == Meyci dövrü == 1868-ci ildə baş vermiş Meyci islahatından sonra bir çox şəxs Yaponiyanın ənənəvi yazı sisteminin dəyişdirilməsini təklif etmişdir.
Avtomatlaşdırma prosesi
Avtomatlaşdırma — hər hansı bir işin insan tərəfindən deyil, özü nizamlanan, texniki vasitələrdən istifadə edən və riyazi metodlara əsaslanan proses. Elmi-texniki inqilabın əsas istiqamətlərindən biridir. Avtomatlaşdırmaq – insanın hərəkətlərini şüurluluqdan çıxarıb qeyri-şüuri hərəkətə çevirmək. == Tarixi == Avtomatlaşdırma termini 1947-ci ildən əvvəl işlənməyən, General Motors-un avtomatlaşdırma şöbəsinin əsasını qoyduğu vaxt avtomatik sözündən yaranmışdır. Avtomatlaşdırma hidravlik, pnevmatik, elektikli, elektronik və kompüter sözlərinin daxil olması ilə əsas da birləşməsi ilə yaranmışdır. Müasir zavodlar, təyyarələr və gəmilər kimi mürəkkəb sistemlər adətən bütün bu birləşmiş texnologiyaları istifadə edir. == Obyektləri == İnsanın praktiki fəaliyyəti ilə bağlı istənilən predmet, elmi təqdiqat və layihələndirmə prosedurları, rabitə sistemləri, fasiləsiz xarakterli istehsalatlar, maşınqayırma, neft-qaz, faydalı qazıntıların çıxarılması və s. sənaye sahələri avtomatlaşdırma obyekti ola bilər. Avtomatlaşdırma obyektlərinə qoyulan əsas tələblər bu obyektlərdə gedən proseslərə tam nəzarətin və onların idarə edilməsinin mümkünlüyüdür. == Növləri == Avtomatlaşdırma vasitələri iki sinfə-proqram və texniki (aparat) vasitələr altsistemlərinə ayrılır.
Bakı prosesi
"Bakı Prosesi" Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır. 12 iyun 2018-ci ildə Parisdə Heydər Əliyev Fondu, ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyimizin təşkilatçılığı ilə "Bakı Prosesi"nin 10 illik yubileyi qeyd olunmuşdu. == Bakı Bəyannaməsi == 2008-ci ilin 2–3 dekabr tarixində təşkil olunan Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsi dəvət edildi. İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olundu. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda "Mədəniyyətlərarası dialoqunun təşviqinə dair "Bakı Bəyannaməsi" qəbul edildi. "Bakı Bəyannaməsi" ilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı Prosesi"nin və bu prosesin inkişafına hədəflənmiş "Sənətçilər dialoq naminə" layihəsinin əsası qoyuldu. "Bakı Prosesi"nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13–15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransında Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti də iştirak etdi. Konfrans çərçivəsində iştirak edən Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında mədəniyyətlərarası dialoqa dair birgə kommunike qəbul edildi. == Bakı Prosesinin qlobal hərəkata çevrilməsi == 2010-cu ildən Bakı Prosesi qlobal hərəkata çevrilməyə başladı.
Biznes prosesi
Biznes prosesi daxili və xarici müştərilər üçün xüsusi məhsul yaratmaq məqsədi güdən əlaqəli işlər və ya tapşırıqlar qrupudur. İşlərin qrafiki təsviri üçün biznes proseslərin blok-sxemləri istifadə olunur. == Ümumi baxış == Biznes proseslərinin üç tipi var (Avqust-Uilhel Şeer və Mark von Rosinqə istinadən) İdarəetmə prosesləri: sistemin fəaliyyətini idarə edən proseslər. Səciyyəvi idarəetmə proseslərinə "korporativ idarəetmə" və "strateji idarəetmə" aiddir. Əməliyyat prosesləri: biznesin özəyini təşkil edən və əsas dəyər axınını yaradan proseslər. Məsələn, müştəridən sifarişlər almaq və bank filialında hesab açmaq. Dəstəkləyən prosesləri: əsas prosesləri dəstəkləyir. Misal olaraq Sağlamlıq və Təhlükəsizlik, maliyyə, komplektləşdirmə, çağrı mərkəzi, texniki dəstəyi göstərmək olar. Biznes prosesi misiya məqsədi ilə başlayır və biznes məqsədinin əldə olunması ilə başa çatır. Proses yönümlü təşkilatlar struktur bölmələri arasında baryerləri aradan qaldırır və funksional siloslardan yayınmağa çalışırlar.
Boloniya prosesi
Bolonya prosesi — 1990-ci illərin sonunda Avropa universitetlərinin bir-biri ilə müqayisə edilməsi üçün vahid bir əsasın işlənilməsi üzərində təşəbbüs başlanılır. Fransa, Almaniya, İtaliya və Böyük Britaniya təhsil nazirləri daxil olmaqla ümumi 29 avropa dövlətlərinin nümayəndələri arasında 19 iyun 1999-cu ildə Bolonya (İtaliya) şəhərində razılıq imzalanır. Bu razılığın hazırlanması və yayılması Bolonya prosesi adlanır. Bu prosesin təşkilatçıları sonrakı illərdə Praqada (2001), Berlində (2005), Londonda (2007) görüşmüş və məsləhətləşmələr aparmışlar. Hal hazırda bu proses 48 ölkəni əhatə edir. Prosesin əsas məqsədinin, Avropa Ali Təhsil Məkanının yaradılmasının, 2010-cu ildə yerinə yetirilməsi nəzərdə tutulmuşdu və məkan yaradıldı. Bolonya prosesinin həyata keçirilməsində bir çox azərbaycan ali məktəbləri iştirak edir. == Tarixi == "Bolonya prosesi" adı altında başlayan fəaliyyətlərin tarixi 1988-ci ildən başlayır. Həmin ilin sentyabrında Avropanın ən qədim universitetlərindən biri olan Bolonya Universitetinin (İtaliya) təsis olunmasının 900 illik yubileyində "Magna Carta Universitatum" hazırlanıb. Bir il sonra Sarbonna Universitetinin yaradılmasının 800 illik yubileyində "Sarbonna Bəyannaməsi" qəbul olunub və 19 iyun 1999-cu ildə 29 Avropa ölkəsinin təhsil nazirləri "Bolonya Bəyannaməsi"ni imzalayıb.
Bolonya prosesi
Bolonya prosesi — 1990-ci illərin sonunda Avropa universitetlərinin bir-biri ilə müqayisə edilməsi üçün vahid bir əsasın işlənilməsi üzərində təşəbbüs başlanılır. Fransa, Almaniya, İtaliya və Böyük Britaniya təhsil nazirləri daxil olmaqla ümumi 29 avropa dövlətlərinin nümayəndələri arasında 19 iyun 1999-cu ildə Bolonya (İtaliya) şəhərində razılıq imzalanır. Bu razılığın hazırlanması və yayılması Bolonya prosesi adlanır. Bu prosesin təşkilatçıları sonrakı illərdə Praqada (2001), Berlində (2005), Londonda (2007) görüşmüş və məsləhətləşmələr aparmışlar. Hal hazırda bu proses 48 ölkəni əhatə edir. Prosesin əsas məqsədinin, Avropa Ali Təhsil Məkanının yaradılmasının, 2010-cu ildə yerinə yetirilməsi nəzərdə tutulmuşdu və məkan yaradıldı. Bolonya prosesinin həyata keçirilməsində bir çox azərbaycan ali məktəbləri iştirak edir. == Tarixi == "Bolonya prosesi" adı altında başlayan fəaliyyətlərin tarixi 1988-ci ildən başlayır. Həmin ilin sentyabrında Avropanın ən qədim universitetlərindən biri olan Bolonya Universitetinin (İtaliya) təsis olunmasının 900 illik yubileyində "Magna Carta Universitatum" hazırlanıb. Bir il sonra Sarbonna Universitetinin yaradılmasının 800 illik yubileyində "Sarbonna Bəyannaməsi" qəbul olunub və 19 iyun 1999-cu ildə 29 Avropa ölkəsinin təhsil nazirləri "Bolonya Bəyannaməsi"ni imzalayıb.
Cinayət prosesi
Cinayət prosesi — cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusu. Hər bir dövlətin qanunvericiliyində cinayət prosesinin tənzimlənməsi fərqlənsə də, əsasən, ittihamın irəli sürülməsi ilə başlayır və cavabdeh barədə ittiham və ya bəraət hökmünün verilməsi ilə başa çatır.
Denudasiya prosesi
Denudasiya (lat. Denudatio - "çılpaqlaşma") — Yer səthində süxurların su, külək, buz və s. ilə dağılması, yüksək sahələrdən alçaq sahələrə aparılması proseslərinin məcmusu. Yer səthi relyefinin dəyişilməsində və yeni relyef formalarının əmələ gəlməsində denudasiyanın rolu böyükdür. O, süxurları parçalayıb dağıdaraq relyefi alçaldır, hamarlayır, dağlıq sahələri denudasion düzənliklərə (peneplenlərə) çevirir. Denudasiya prosesinə aşınma, eroziya, abraziya, korroziya, deflyasiya kimi proseslər daxildir. == Denudasion proses == Denudasion proses aşınma məhsullarının daşınmasıdır. Prosesin başlıca hərəkətverici qüvvəsi ağırlıq qüvvəsidir. Bu qüvvə birbaşa və yaxud müxtəlif mütəhərrik mühitlərin vasitəsilə yaranır. Denudasion proses dar mənada müəyyən bir səthin yuyulması və qravitasion hərəkətlər vasitəsilə aşınma materiallarının daşınması kimi başa düşülür.
Kokslaşma prosesi
Kokslaşma prosesi – ağır xammalın bərk koksa və daha aşağı temperaturda qaynayan məhsullara çevrilməsi prosesidir.Bu məhsular neft emalının digər proseləri üçün (qiymətli mühərrik yanacaqları almaq üçün) xammal kimi yararlıdır. Kimya nöqteyi- nəzərdən kokslaşma reaksiyalarına dərin termiki krekinq prosesi kimi baxılır və onun son məhsullarından biri koksdur ki, o da əsasən karbondan ibarətdir. Əslində əmələ gələn koks müəyyən miqdar uçucu madələrə və yüksək tempetraturda qaynayan karbohidrogenlərə malik olur. Uçucu maddələri kənarlaşdırmaq üçün koks 980-dan 13250C-ə qədər temperaturda közərdilir. Kokslaşma,- əsasən katalitik krekinq üçün xammal komo yararlı qazoyl almaq üçün istifadə olunur. Bu, prosesdəki katalizatorun kokslaşma surətinin azalmasına şərait yaratdı və krekinq qurğusunun istehsal gücünü artırdı. Əlavə üstünlük, istifadə edilən katalitik krekinq xammalında metalların miqdarının az olması idi. Son illərdə kokslaşma ilə həmçinin psevdosıxılmış şəraitdə katalitik krekinqin və katalizatordan təmizlənmiş katalitik krekinq qalıqlarının da emalı həyata keçirilir. Kokslaşma nəticəsində keyfiyyətli iynəvari koksla yanaşı, hidrikrekinq prosesi üçün də xammal alınır. Ləngidilmiş kokslaşma qurğularında, həmçinin daş kömür qətranı da emal olunur.
Kükürdləşmə prosesi
Kükürdləşmə prosesi - bu proses mahiyyətcə əsasən üzvi sulfidlərin alınması ilə nəticələndiyindən onu sulfidləşmə də adlandırmaq olar. == Kükürdləşdirici agentlər və sulfidlərin sintez istiqamətləri == Kükürdləşdirici (sulfidləşdirici) agentlər olaraq əksər hallarda sərbəst kükürd S8, S2Cl2-, SCl2-, Na2S, SH qrupu saxlayan birləşmələr (RSH, H2S, SH−CH2−COOH və ya efirləri və s-lər) götürülür. Kükürdləşmə prosesi boyaq maddələrinin, kükürd saxlayan heterotsikillərin alınmasında, neftin kükürdləşdirilməsində, aşqarların sintezində, bitum xammalın hazırlanmasında istifadə edilir. Sulfid kükürdünün intensiv oksigen (udmaq) tutmaq qabiliyyəti, oksidləşmə və yeyilməyə qarşı xassələrə malik olması və bu proseslərin kükürdün molekuldakı mövqeyi və miqdarından asılılığı, tiazin, tiazol kimi heterotsikillərdə (boyaların rəng çalarlarına təsiri) doymamış karbohidrogenlərlə aromatik həlqələrlə törəmələrinin alınması hələ də öyrənilməsi və tədqiqi vacib olan məsələlərdəndir. Təsadüfi deyil ki, kükürdlə zəngin olan neftdən alınan yağ və yanacaq istismar dövründə oksidləşməyə daha dözümlü olub, müəyyən stabillik göstərir. == Sulfidlərin rolu və tətbiqi == Kükürdləşmə: sərbəst kükürdlə aparılarsa (kükürdün ərimə temperatur 1190C-dir).Bu tsiklin heterolitik qırılması elektrofi +δ -δ təsirlə gedən reaksiya olduğundan katalizatorun tətbiqinə ehtiyac yaranır. Belə kükürdləşmə yüksək temperaturlu katalizatorun aktivliyindən asılı olaraq 150-1900C-də gedən prosesdir; özünün də ekzotermik olmasını nəzərə almaq lazımdır. Bu zaman H2S-in ayrılması labüddür və inert qazla onun sistemdən çıxarılması və uducularla tutulması vacibdir. Əsasən aktiv hidrogeni olan maddələrlə (aromatik aminlərlə, alkilfenollarla və s.) sulfidlər və disulfidlərin sintezi üçün istifadə edilir. İkiqat rabitəli karbohidrogenlərə isə H2S ayırmadan da paralel sulfidlər verə bilir.
Meymun prosesi
Meymun prosesi olaraq daha yaxşı tanınan Tennessi və Con Tomas Skops işi(ing. monkey trial) və ya Meymun məhkəməsi 1925–1926-cı illərdə Daytondakı Tennessi Cinayət Məhkəməsində eyni şəhərdəki bir məktəb müəllimi Batlerin anti-Darvinist hərəkətini pozmaqda ittiham edilən Con Skops (1900–1970) üzərində baş vermiş bir məhkəmə Bundan bir qədər əvvəl, Tennessi ştatında fermer və xristian fundamentalist Con Batlerin təqdimatı ilə Batler Aktı— Tennessinin maliyyələşdirdiyi hər hansı bir təhsil müəssisəsində tədrisi qadağan edilən bir qanun "İncilin bizə öyrətdiyi və bunun əvəzinə insanın aşağı qaydada olan heyvanlardan gəldiyini öyrətdiyi İlahi İnsanın yaranma tarixini rədd edən hər hansı bir nəzəriyyə"qəbul edildi. Günahkar şəxsi 100 dollardan 500 dollara qədər cərimə gözləyirdi. Proses, eyni zamanda, Müqəddəs Kitabın hər cümləsinin hərfi oxunmasını israr edən fundamentalistlər və elmin teistik təkamüldə elmin dinə uyğun olduğuna inanan modernistlər arasında Amerika xristianları arasında ayrılığı ortaya qoydu. == Mənbəyi == Tennessi fermeri və Ümumdünya Xristian Əsasları Assosiasiyasının rəhbəri olan Dövlət nümayəndəsi Con Batler əyalət qanunverici orqanlarına anti-təkamül qanunlarının qəbul edilməsini dəstəklədi. Batler Aktı 25 mart 1925-ci ildə Tennessidə qəbul edilməsinə müvəffəq oldu. Daha sonra Batler, "Təkamül haqqında heç bir şey bilmədim … Sənədlərdə oğlan və qızların məktəbdən evə gələrək atalarına və analarına Müqəddəs Kitabın cəfəngiyat olduğunu söylədiklərini oxuyardım." Tennessi qubernatoru Austin Peay, kənd qanunvericiləri arasında dəstək qazanmaq üçün qanunu imzaladı, amma qanunun nə tətbiq ediləcəyinə nə də Tennessi məktəblərində təhsil almağa müdaxilə edəcəyinə inanırdı. William Bryan, Peaya qanun layihəsi üçün həvəslə təşəkkür etdi: "Dövlətin xristian valideynləri, övladlarını sübut edilməmiş bir fərziyyənin zəhərli təsirlərindən xilas etdiyinizə görə təşəkkür borcunuz var. Buna cavab olaraq, Amerika Vətəndaş Azadlıqları Birliyi Tennessi liseyi elm müəllimi Con Skopsin Qanunun pozulmasına görə mühakimə olunmasına razılıq verdiyi bir sınaq işini maliyyələşdirdi. Daimi biologiya müəllimi əvəz edən sahələr 5 may 1925-ci ildə Corc William Hunterin "Mülki Biologiya: Təkamül, irqi və eugenika nəzəriyyəsini izah edən Problemlərdə (1914) təqdim olunmuş bir dərslikdən təkamülü öyrətməklə ittiham edildi.
Nürnberq prosesi
Nürnberq prosesi - III Reyxin rəhbərləri üzərində baş verən beynəlxalq məhkəmə prosesi. == Hadisələr == Nürnberq prosesi, İkinci Dünya Müharibəsinin qalib Müttəfiq dövlətləri tərəfindən məğlubiyyətə uğradılmış Nasist rejminin öndə gələn şəxsiyyətlərini mühakimə etmək üçün 1945-1949-cu illərdə qurduqları məhkəmədir. Bu məhkəmələr, İkinci Dünya Müharibəsindən sonra Soyuq Müharibənin hələ tam olaraq ortaya çıxmadığı, hüquqiliyin ön planda olduğu dönəmdə Nasist rejiminin şok edici vəhşətlərinə bir reaksiya olaraq qurulmuşlardır. Hərbi məhkəmələr ABŞ, İngiltərə, Fransa və Rusiyanın hakimlərindən təşkil olumuşdu və mühakimə edilən öndə gələn şəxsiyyətlər arasında Martin Borman, Rudolf Hess, Yoahim von Ribbentrop var idi. Bu insanlar ve nasist liderləri dört cinayətlə ittiham olunurdular: 1)Sülhə qarşı sui-qəsd 2)Sülhə qarşı cinayətlər 3)Müharibə cinayətləri 4) İnsanlığa qarşı cinayətlər Ən məşhur olan birinci məhkmədə en yuxarı pillədəki 22 nasist lider mühakimə olundu; 12 nəfər ölüm cəzası, 7 nəfər həbs cəzası aldı, 3 nəfər isə sərbəst buraxıldı. Bu məhkəmənin ardından ümumilikdə 177 nəfərin mühakimə olunduğu 12 məhkəmə daha reallaşdırıldı, 24 nəfər ölüm cəzasına məhkum olundu. == İştirakçılar == Hər dörd ölkə tərəfindən bir baş hakim, alternativ hakim və prokuror təmin edilmişdir. Məhkəmənin hakimləri: -Geoffrey Lawrence (Böyük Britaniya baş hakimi və məhkəmə sədri) - Norman Birkett (Böyük Britaniya alternativ hakimi) - Francis Biddle ( ABŞ baş hakimi) - John Parker ( ABŞ alternativ hakimi) - Henri Donnedieu de Vabres (Fransız baş hakim) - Robert Falco (Fransız alternativ hakim) - Iona Nikitchenko (SSRİ hakimi) - Alexander Volchkov (SSRİ alternativ hakimi) Verilən iddianamə: 1. Sülhə qarşı işlənən cinayətə və ya sui-qəsddə ortaq olmaq 2. Sülhə qarşı döyüş icra, təcavüzkarlıq və digər cinayətləri başlamaq və planlamaq 3.
Praqa prosesi
Praqa prosesi (ing. Prague Process) — 2004-cü ildən etibarən Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında Dağlıq Qarabağ münaqişəsi üzrə birbaşa danışıqlar. == Tarixi == ATƏT-in Minsk qrupunun həmsədrləri 2002-ci ilin mart ayında bölgəyə səfərləri zamanı danışıqlar prosesinin Azərbaycan və Ermənistan prezidentlərinin xüsusi nümayəndələri səviyyəsində davam etdirilməsi təklifini irəli sürdülər. Bu təklif hər iki dövlət başçısı tərəfindən qəbul olundu. 13-15 mart və 29-30 iyul 2002-ci il tarixlərində Praqa yaxınlığında hər iki dövlət başçısının xüsusi nümayəndələrinin iki görüşü keçirildi. 2004-cü il aprelində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Praqada keçirilən görüşü sonradan çoxraundlu danışıqlar sürəcinə çevrilməklə «Praqa prosesi» adlanmağa başladı. Sonra bu prosesə digər elementlər əlavə olundu. Praqa prosesinin ilk mərhələsi 2006-cı ilin fevralında Paris yaxınlığındakı Rambuye qəsrində keçirilən və geniş beynəlxalq ajiotaja rəğmən nəticəsiz qalan danışıqlarla yekunlaşdı. 2007-ci ilin noyabrında, həmsədrlər Praqa prosesinin ilkin nəticəsi kimi Madriddə Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşdə tərəflərə nizamlamanın baza prinsiplərinə dair layihə təqdim etdilər. O vaxtdan danışıqlar prosesi Madrid prinsipləri ətrafında gedir.
Qanunvericilik prosesi
Qanunvericilik prosesi — qanun layihəsinin hazırlanmasından qanun kimi qüvvəyə minməsinə qədər ardıcıl, məntiqi olaraq tamamlanmış bir sıra mərhələlərdən ibarət qanunların qəbulu qaydası. Qanunvericiliyin prosessual tərəfi kimi başa düşülə bilər və ya terminin geniş şərhində bu konsepsiya ilə üst-üstə düşərək qanunların hazırlanması və qəbulu üzrə fəaliyyətə işarə edir. Qanunvericilik prosesi bir sıra ardıcıl mərhələləri əhatə edir: qanun layihəsinin hazırlanmasından parlamentə daxil edilməsinə, parlamentdə müzakirəyə, qanun qəbul edilməsinə və dərc olunmasına qədər. Qanunvericilik prosesində xüsusi rol dövlətin əsas qanunverici orqanına, yəni bir qayda olaraq parlamentə və onun strukturlarına aiddir. Öz səlahiyyətləri daxilində qanunverici proses müəyyən edilmiş parlament prosedurları ilə müəyyən edilir. Bunlar yalnız mövcud qanunlarla deyil, həm də müvafiq parlament palatalarının qaydaları ilə — qanunverici orqanın öz yurisdiksiyasındakı bütün məsələlər üzrə iş qaydasını müəyyən edən xüsusi daxili tənzimləmə aktları ilə müəyyən edilir. Ancaq bəzi ölkələrdə qanunvericilik prosesi, bəzi hallarda parlament prosedurları minimuma endirilə bilər. Məsələn, Fransa hökumətinin respublika prezidentinin imzaladığı fərmanlar qanunauyğun ola bilər və yalnız Fransa parlamenti tərəfindən təsdiqlənir . Parlament prosedurunu pozmağa imkan verən qanunverici prosesin başqa bir mexanizmi parlamentdənkənar bir referendumdur, yəni belə bir referendumdur, məsələsi qanunverici orqan tərəfindən əvvəlcədən baxılmadan təqdim edilir və qanunverici orqan tərəfindən təsdiq edilmədən qüvvəyə minir . Doğrudan demokratiyanın bu forması İsveçrəyə ən xarakterikdir.
Yataq prosesi
Yataq prosesi (rus. русловый процесс, ing. channel processes) — axının və yatağın qarşılıqlı təsiri altında yatağın və subasarın morfoloji quruluşunun daim dəyişməsi. Yataq proseslərinin öyrənilməsinin hidrotexniki qurğuların, körpülərin layihələşdirilməsi və istismarında, dib dərinləşdirici işlərin yerinə yetirilməsində, gəmiçilikdə, meşə materiallarının daşınması və s. işlərdə böyük əhəmiyyəti vardır.
İzoentalpiya prosesi
İzoentalpiya prosesi — entalpiyada baş verən termodinamik prosesdir. "Coul-Tomson effekti" İzoentalpiya prosesidir. == İzoentalpiya prosesində düsturlar == p ⋅ V k = c o n s t .
İzoentropiya prosesi
İzoentropiya prosesi — Entropiyada baş verən termodinamik prosesdir.
Yuxu prosesi
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. == Yuxunun fiziologiyası == Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. == Yuxu elmi izahı == Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Avtorizə tərcümə
Avtorizə tərcümə — müəllif tərəfindən bəyənilmiş və ya onun razılı ilə edilmiş tərcümə. Müxtəlif ölkələrin qanunvericiliyində bu sahə haqqında fərqli-fərqli hissələr var.
Bədii tərcümə
Bədii Tərcümə– ədəbi yaradıcılıq növü, bir dildə olan əsərin başqa dildə təcəssümü. B.t. tərcümə olunan əsərin obrazlar düzümünü başqa dilin ifadə vasitələri ilə ekvivalent ifadə etmək kimi mürəkkəb yaradıcılıq prosesidir. O, orijinal yaradıcılıqdan tərcümə obyektindən asılı olması ilə fərqlənir.B.t. sahəsində qədimdən bir-birinə zidd iki baxış hökm sürür: orijinalın mətninə yaxınlıq; oxucuların bədii qavrayışına yaxınlıq. Hər iki təmayülün dialektik vəhdəti daha səmərəli olur. Tərcümə olunan əsərin dilini bütün incəlikləri ilə, həmçinin ədəbi ana dilini dərindən bilmək, əsərdə haqqın da bəhs olunan ölkənin, xalqın həyatına, tarixinə və ədəbiyyatına, milli psixologiyasına və mənəviyyatına, tərcümə olunan müəllifin bütövlükdə yaradıcılığına bələd olmaq B.t.-nin əsas şərtlərindəndir.Azərbaycanda Bədii tərcümənin tarixi qədimdir.Orta əsrlərdə bir sıra əsərlər fars dilindən Azərbaycan dilinə (15 əsrdə Əhmədi təxəllüslü şair-tərcüməçi F. Əttarın “Əsrarnamə”, Şeyx Əlvan Şirazi Mahmud Şəbüstərinin “Gülşəni-raz”, M. Füzuli Ə. Caminin “Hədisi-ərbəin” əsərini) tərcümə olunmuşdur. Orta əsrlər də bir sıra nəsr əsərləri də Azərb. dilinə tərcümə edilmişdir:Məhəmməd ibn Hüseyn Nişatinin “Rövzət üş-şühəda” (Vaiz Kaşifi, “Şəhidlərbağı”) əsərinin “Şühədanamə” adı ilə tərcüməsi, eləcədə onun “Şeyx Səfi təzkirəsi” adlı tərcümə əsəri. 19 əsrin əvvəllərin də Əvəz Əli ibn Səfiqulu “Kəlilə və Dimnə”ni Azərb.
Google Tərcümə
Google Tərcümə — internet səhifələrini, mətnləri və ya yükləmiş olduğunuz sənədləri pulsuz tərcümə edən bir vasitədir. Google tərəfindən təmin olunur. İlk olaraq 28 aprel 2006 tarixində, Ərəb ilə İngilis arası tərcümə edərək xidmətə girmişdir. 20 milyard söz ehtiva edən Birləşmiş Millətlər Təşkilatının sənədləri üzərində öyrədilən bir proqramdır. Google Tərcümə 103 fərqli dil arasında anında tərcümə edən pulsuz bir tərcümə xidmətidir. Sözləri, cümlələri və veb səhifələri dəstəklənən dillərin bütün kombinasiyalarını çevirə bilər. Xüsusiyyətləri - Google Tərcümə, mətn, nitq, şəkil, sayt və ya real vaxt video daxil olmaqla bir çox mətn və media formatını bir dildən digərinə çevirə bilər. Müxtəlif səviyyələrdə 100-dən çox dili dəstəkləyir və 2013-cü ilin May ayına görə gündə 200 milyondan çox insana xidmət göstərir. Bəzi dillərdə Google Tərcümə, tərcümə edilmiş mətni tələffüz edə bilər, mənbə və hədəf mətndə müvafiq söz və ifadələri vurğulayır və tək söz daxil etmək üçün sadə bir lüğət kimi çıxış edə bilər. "Dili aşkar et" seçilsə, naməlum dildə mətn avtomatik olaraq müəyyən edilə bilər.
Hərfi tərcümə
Hərfi tərcümə – tərcümə edilmiş sözün və ya cümlənin tərcümə edildiyi dilin qrammatika və orfoqrafiya qaydalarına əməl edilmədən tərcümə edilməsi üsuludur. Əsasən hər bir sözün cümlə daxilindəki roluna fikir verilmədən, sadəcə olaraq sözün növünə müvafiq olaraq lüğətdəki birinci mənası əsas götürülərək edilmiş motamot tərcümə üsuludur.